Azərbaycanın Xalq rəssamı vəfat edib
Azərbaycanın əməkdar və xalq rəssamı Rafiq Nəsirov vəfat edib.
1news.az xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.
Xalq rəssamı ilə vida mərasimi "Təzə Pir" məscidində keçiriləcək.
Qeyd edək ki, Rafiq Nəsirov Əliş oğlu 27 may 1947-ci ildə Sabirabad şəhərində anadan olub. 1954-cü ildə orta məktəbə, 1961-ci ildə isə Politexnik texnikumumun memarlıq fakültəsinə daxil olub. 1964-cü ildə texnikumu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub.
1969-cu ildən C. Cabbarlı adına Azərbaycan kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən isə dekorativ qurğular söbəsinə rəhbərlik edib və həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərib.
Allah rəhmət eləsin.
73