Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb

10:57 - 30 / 11 / 2024
Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb

Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən xəbərə görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Məhərrəm İsmayılzadə saxlanılıb.

Onun yaşadığı ünvana baxış zamanı 4 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, M.İsmayılzadə barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Paylaş:
257

Son xəbərlər

Bütün xəbərlər