Daha bir piyada keçidinin inşası yekunlaşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha bir piyada keçidinin inşası yekunlaşdırılıb

09:09 - 05 / 12 / 2024
Daha bir piyada keçidinin inşası yekunlaşdırılıb

Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 11-ci km-də yeni piyada keçidinin inşası yekunlaşdırılıb.

1news.az xəbər verir ki, bununla bağlı AAYDA məlumat yayıb.

Məlumata əsasən, layihə üzrə keçidin ümumi uzunluğu 46 metr, daxili eni 3.50 metr, qalereyasının eni 4.5 metrdir. Yol səviyyəsindən hündürlüyü 5.90 metr olan keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir.

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağı, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağı tikilib, piyada keçidinin ətrafında abadlaşdırılma işləri aparılıb.

Paylaş:
110

Son xəbərlər

Bütün xəbərlər