Türkiyədə zəlzələ olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyədə zəlzələ olub

Qafar Ağayev12:52 - 04 / 01 / 2025
Türkiyədə zəlzələ olub

Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub.

1news.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Darende rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 10.43 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Paylaş:
264

Son xəbərlər

Bütün xəbərlər