Müdafiə Nazirliyi: Goranda yararsız döyüş sursatlarının məhvi davam etdirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyi: Goranda yararsız döyüş sursatlarının məhvi davam etdirilir

11:44 - 17 / 01 / 2025
Müdafiə Nazirliyi: Goranda yararsız döyüş sursatlarının məhvi davam etdirilir

İstismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla yanvarın 17-də Goran Təlim Mərkəzində məhvi prosesi davam etdirilir.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik əhalini partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırır.

Qeyd edək ki, yanvarın 15-16-da da istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının Goran Təlim Mərkəzində məhvi prosesi həyata keçirilib.

Paylaş:
214

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər