Möcüzələr baş verir: 1news.az AZAL təyyarəsinin qəzaya uğrdadığı yerdə tapılan sırğanın sahibini müəyyən etdi – FOTO
Astanadan olan Aygül Berdıqaliyeva tərəfindən Aktau yaxınlığında təyyarə qəzası yerində tapılmış sırğanın kimə məxsus olduğu məlum oldu.
Xatırladaq ki, daha əvvəl sosial şəbəkələrdə A. Berdıqaliyevanın faciə yerində sırğa tapdığını və onu sırğanın sahibinə və ya onun yaxınlarına vermək istədiyini bəyan etdiyi video yayımlanmışdı. Sonradan tapılan bəzək əşyası istintaq çərçivəsində polis tərəfindən götürülüb.
1news.az A.Berdıqaliyeva ilə əlaqə saxlayaraq sırğanın mümkün sahibini tapmaq prosesində iştirak edib və müəyyən edib ki, bəzək əşyası hazırda Bakıda komada olan Hafisət Hüseyn qızı Xalayevaya məxsusdur.
1news.az H. Xalayevanın həyat yoldaşı ilə əlaqə saxlayıb.
O bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları daha əvvəl itkin düşən bəzi əşyaları onlara təhvil veriblər, lakin yeni tapıntı barədə məlumatları yoxdur. Bundan əlavə, mərhumun həyat yoldaşı redaksiyamıza dəstin tam şəklini təqdim edib.
Qeyd edək ki, komada olan H. Xalayeva milliyyətcə avardır və Azərbaycanın Balakən rayonunda yaşayır. Ümid edirik ki, Hafisət tezliklə sağalaraq ailəsinə qovuşar.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Onların 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Hadisə ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm elan edilib.