Qəbələdə iki avtomobilin toqquşduğu qəza ilə bağlı cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə iki avtomobilin toqquşduğu qəza ilə bağlı cinayət işi açılıb

14:15 - Bu gün
Qəbələdə iki avtomobilin toqquşduğu qəza ilə bağlı cinayət işi açılıb

Qəbələdə iki avtomobilin toqquşduğu qəzada iştirak edənlərdən birinin sürücülük hüququ olmayıb, qəza ilə bağlı cinayət işi açılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Qəbələ rayonunun Tövlə kəndinin ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərdən biri - Aqasif Qəriblinin avtomobili idarə etmə hüququ yoxdur və onun alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr var: "Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. İstintaqın nəticəsinə uyğun olaraq hadisəyə hüquqi qiymət veriləcək".

Məlumatda qeyd olunub ki, Baş Dövlət Yol Polisi İdarəsi bu hadisədə təqsirin kimdə olmasından asılı olmayaraq, nəqliyyat vasitələrinin sükanı arxasında sərxoş, eləcə də idarəetmə hüququ olmadan əyləşən şəxslərin əksər hallarda nəticəsi faciə ilə bitən kobud qayda pozuntularına yol verdiklərini bir daha xatırladır və bu kimi qanunazidd əməllərə meyilli olan şəxsləri ölüm və ağır xəsarətlərlə nəticələnən sözügedən hadisədən düzgün nəticə çıxarmağa çağırır.

Paylaş:
45

Son xəbərlər

Bütün xəbərlər