Ağdərədə silah-sursat aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdərədə silah-sursat aşkar edilib

Qafar Ağayev16:28 - Bu gün
Ağdərədə silah-sursat aşkar edilib

Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar edilib.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Ağdərə rayonu ərazisində aşkar edilən 1 ədəd SVD silahı, 1 ədəd RPK-74M, 1 ədəd AK-74M, 1 ədəd əl qumbaraatanı, 2 ədəd gecə görmə cihazı və 1 ədəd avtomat silahı üçün səsboğucu müsadirə edilib.
Azad edilən ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər