Vaqif Mustafayev: Azad edilmiş ərazilərimizdə ən ucqar ərazilərə qədər elektrik enerjisini çatdırmışıq
![Vaqif Mustafayev: Azad edilmiş ərazilərimizdə ən ucqar ərazilərə qədər elektrik enerjisini çatdırmışıq](/images/2025/02/07/20250207041436407/thumb.jpg?2025-02-07+16%3A16%3A33)
"Biz işğaldan azad edilmiş ərazilərin hər birində yarımstansiyaların tikintisi barədə məlumat vermişik".
1news.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev deyib.
"Ola bilər ki, bəziləri elə düşünür ki, yalnız rayon mərkəzləri işıqla təmin olunub. Lakin bu, belə deyil. Ən ucqar ərazilərə qədər elektrik enerjisini çatdırmışıq. Məsələn, Bartaz yüksəkliyinin ən uzaq nöqtələrinə qədər elektrik enerjisi verilib. Bu proses bu gün də davam edir. Hazırda açılışı planlaşdırılan bir çox enerji mərkəzimiz var.
54