Ağdamda maşın aşıb, ölən və xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda maşın aşıb, ölən və xəsarət alanlar var

11:15 - 20 / 02 / 2025
Ağdamda maşın aşıb, ölən və xəsarət alanlar var

Ağdamda yol qəzası olub.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun işğaldan azad olmuş Xıdırlı kəndi ərazisində baş verib. "VAZ"2107 markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə İlyas Allahverənov hadisə yerində həyatını itirib.

Avtomobildə olan 1992-ci il təvəllüdlü Natiq Məmmədov, 1997-ci il təvəllüdlü Elmin Əmənov, 1991-ci il təvəllüdlü Namik Cəfərov xəsarət alıb. Onlar təcili tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
94

Son xəbərlər

Bütün xəbərlər