“Woman Bazaar - Dayanıqlı İnkişaf Proqramı 4” Festival Günləri Başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

“Woman Bazaar - Dayanıqlı İnkişaf Proqramı 4” Festival Günləri Başlayır

12:42 - 21 / 02 / 2025
“Woman Bazaar - Dayanıqlı İnkişaf Proqramı 4” Festival Günləri Başlayır

8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş festival qadınların dayanıqlı sahibkarlıq fəaliyyətlərini dəstəkləmək və onların iqlim dəyişikliyi ilə mübarizədəki rolunu vurğulamaq məqsədilə keçmiş illərdə böyük uğur qazanan festival bu dəfə 50 yaşa qədər olan həssas qruplardan 60 qadın sahibkarı (15-i regionlardan olmaqla) dəstəkləyəcək.

Festival öncəsi həssas qrupdan olan qadın sahibkarların bilik və bacarıqlarını artırmaq üçün brendinq, sosial media strategiyası, rəqəmsal marketinq, satış texnikaları və digər biznes yönümlü mövzularda təlimlər təşkil olunub. Həmçinin, onların bizneslərini inkişaf etdirmək və satış strategiyalarını təkmilləşdirmək üçün onlayn mentorluq dəstəyi göstərilib.

Festivalın əsas məqsədi həssas qrup qadın sahibkarların fəaliyyətlərini gücləndirmək, dayanıqlı biznes modellərinin inkişafına töhfə vermək və ekoloji həssaslıqla istehsal edilən məhsulları təşviq etməkdir.

Festivalda niyə iştirak etməlisiniz?:

  • ● Müxtəlif bölgələrdən qadın sahibkarlar öz brendlərini və məhsullarını təqdim edəcək
  • ● Uğurlu qadınlar ilhamverici çıxışlar edəcək
  • ● Canlı musiqi və rəqs performansları həyata keçiriləcək
  • ● Həvəskar və professional sənətkarların rəsm sərgisi, incəsənət guşələri və müxtəlif

masterklasslar baş tutacaq

  • ● Foto köşkü və xatirə divarı təşkil olunacaq.

Festival tarixi və məkanı: Tarix: 1 mart, saat 14:00 – 19:00

2 mart, saat 12:00-19:00
Məkan: Passage 1901 (Nigar Rəfibəyli 12/14, Baku, Azerbaijan) Instagram

Bu festival sadəcə bir yarmarka deyil, həm də qadın sahibkarların güclənməsinə və yeni imkanlar qazanmasına dəstək olmaq üçün unikal bir fürsətdir. Festival zamanı alıcılar toxuculuq, dekorasiya, aksesuar, şam, sabun, qida məhsulları və daha çoxu ilə tanış olub, almaq şansı əldə edəcəklər. Həm keyfiyyətli və ekoloji məhsulları kəşf etmək, həm də yerli qadın sahibkarları dəstəkləmək üçün bu iki günü qaçırmayın. Sizi “Woman Bazaar”da gözləyirik – alış-veriş edin,

İlham alın və bu dəyişikliyin bir parçası olun. Hədiyyən dəstəyin olsun!

QEYD: Festivalda iştirak ödənişsizdir.

Qeyd edək ki, qadın sahibkarlığı mövzusu PAŞA Holding-in KSM strategiyasında mühüm yer tutur. Bu istiqamətdə PAŞA Holding və onun törəmə şirkətləri müxtəlif layihələr həyata keçirir ki, bura AFAQ layihəsi, Ana Sahibkar, Women Bazaar layihələri daxildir. Qeyd edək ki, ötən il PAŞA Holding Azərbaycanın voleybol üzrə milli yığma komandasını da dəstəkləmişdi.

Paylaş:
107

Son xəbərlər

Bütün xəbərlər