DTX əməkdaşları “Ana harayı” abidəsini ziyarət ediblər

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar.
1news.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb.
Bildirilib ki, Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar DTX rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.
68