Xaçmazda avtomobillər və evdən oğurluq edən dəstə üzvləri saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda avtomobillər və evdən oğurluq edən dəstə üzvləri saxlanılıb

10:41 - 10 / 03 / 2025
Xaçmazda avtomobillər və evdən oğurluq edən dəstə üzvləri saxlanılıb

Xaçmazda avtomobillərdən və evdən oğurluq edən dəstə üzvləri saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, həmin şəxslərin qabaqcadan əlbir olaraq rayon ərazisində bir neçə avtomobildən müxtəlif aksessuarlar, səs gücləndiricilər, akkumulyator, eləcə də evlərdən müxtəlif inşaat qurğuları oğurladıqları müəyyən edilib.

Hadisələri törətməkdə şübhəli bilinən Həmid Yarəliyev, Zaur Popov, Elşən Mahmudov və Elgün Müseyibov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
319

Son xəbərlər

Azərbaycan nefti bahalaşıb

29 / 11 / 2025, 12:15
Bütün xəbərlər