Bakının üç rayonunda silah-sursat aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının üç rayonunda silah-sursat aşkarlanıb

14:11 - 20 / 03 / 2025
Bakının üç rayonunda silah-sursat aşkarlanıb

Bakıda silah-sursat aşkarlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Binəqədi və Yasamal rayonları ərazisindən 1 avtomat silahı, 1 tapança, 1 patron darağı və 4 ədəd patron tapılaraq götürülüb.

Paytaxtın Nəsimi rayonu ərazisində üç nəfər şəhər sakini 3 avtomat silahı və 14 ədəd patronu könüllü olaraq polisə təhvil verib.

Araşdırmalar aparılır.

Paylaş:
98

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər