Bayram namazının vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram namazının vaxtı açıqlanıb

16:28 - 24 / 03 / 2025
Bayram namazının vaxtı açıqlanıb

Ramazan bayramının namazı martın 30-u bəzi məscidlərdə saat 8.00-da, əksərlərində isə 9.00-da başlayacaq.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

“Namazın vaxtının təyinatı məscid imamlarının ixtiyarındadır. Məscidin icma rəhbəri və imamı məsləhətləşərək uğun vaxt təyin edirlər. Məscid camaatı 1 gün öncədən imamdan və ya icma rəhbərindən məlumatı dəqiqləşdirə bilər”, - QMİ sədrinin müavini qeyd edib.

Paylaş:
120

Son xəbərlər

Bütün xəbərlər