İki gündə axtarışda olan 45 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İki gündə axtarışda olan 45 nəfər saxlanılıb

11:36 - 24 / 03 / 2025
İki gündə axtarışda olan 45 nəfər saxlanılıb

Martın 22-də və 23-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Paylaş:
102

Son xəbərlər

Bütün xəbərlər