Rusiya məhkəməsi AZAL-ın təyyarə qəzası ilə bağlı sənədlərin müsadirə olunmasına icazə verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiya məhkəməsi AZAL-ın təyyarə qəzası ilə bağlı sənədlərin müsadirə olunmasına icazə verib

09:41 - 25 / 03 / 2025
Rusiya məhkəməsi AZAL-ın təyyarə qəzası ilə bağlı sənədlərin müsadirə olunmasına icazə verib

Moskva məhkəməsi 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar olaraq, aparılan istintaqla bağlı sənədlərin müsadirə olunmasına icazə verib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qərar Moskvanın Basmannı məhkəməsi tərəfindən 2025-ci ilin yanvarında müstəntiqin prokuror tərəfindən dəstəklənən vəsatətinə baxılaraq qəbul edilib.

Məhkəmə sənədləri göstərir ki, qəza ilə bağlı cinayət işi Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən aparılır.

Qərar qüvvəyə minib və Rusiyanın cənubunda iki ünvanda sənədlərin müsadirə olunmasını nəzərdə tutur.

Qeyd edək ki, Bakıdan Qroznıya uçan təyyarə 2024-cü il dekabrın 25-i səhər saatlarında Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 29 nəfər sağ qalıb.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər