Suraxanıda iki obyektdən 43 min manata yaxın oğurluq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Suraxanıda iki obyektdən 43 min manata yaxın oğurluq edilib

Qafar Ağayev12:10 - 01 / 04 / 2025
Suraxanıda iki obyektdən 43 min manata yaxın oğurluq edilib

Suraxanı rayonunda oğurluq edən şəxslər saxlanılıb.

1news.az DİN-ə istinadən xəbər verir ki, Suraxanı rayonu ərazisində yerləşən 2 obyektdən oğurluqlar edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 42620 manat maddi zərər vurulması barədə polisə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı E.Quliyev, 33 yaşlı F.Niftəliyev və 28 yaşlı O.Həbibov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər