Bu ilin ilk 3 ayında ADY-yə məxsus qatarlara 11 dəfə daş atılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ilin ilk 3 ayında ADY-yə məxsus qatarlara 11 dəfə daş atılıb

Qafar Ağayev16:31 - 08 / 04 / 2025
Bu ilin ilk 3 ayında ADY-yə məxsus qatarlara 11 dəfə daş atılıb

Bu ilin ilk 3 ayında ADY-yə məxsus hərəkətdə olan qatarlara 11 dəfə daş atılıb.

1news.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, nəticədə qatarın pəncərəsi zədələnib, sərnişinlərin və qatar heyətinin həyatına təhlükə yaranıb, bir çox hallarda qatar təcili tormozlama etdiyi üçün qrafikdə gecikmələr yaranıb.

Bildirilib ki, Əksər hallarda qatara daş atan azyaşlıların valideynləri tapılaraq vurulan zərərin qarşılığında cərimələniblər.

ADY dəmir yolu xətti ətrafında yaşayan sakinləri təhlükəsizliyə əməl etməyə, valideynləri övladlarını bu barədə maarifləndirməyə və bu cür qanunsuz hərəkətlərdən yayındırmağa çağırır.

Paylaş:
121

Son xəbərlər

Bütün xəbərlər