Fariz İsmayılzadə: “Cənab Prezident forumda çox geniş məsələlərə toxundu” | 1news.az | Xəbərlər
Siyasət

Fariz İsmayılzadə: “Cənab Prezident forumda çox geniş məsələlərə toxundu”

Ayşən İsmayılova10:10 - 10 / 04 / 2025
Fariz İsmayılzadə: “Cənab Prezident forumda çox geniş məsələlərə toxundu”

Bildiyimiz kimi, 9 aprel tarixində ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilib.

Qeyd etmək lazımdır ki, forumun ilk günü – 8 aprel tarixində, 40-dan çox ölkədən 80-dən artıq beynəlxalq ekspertin və analitik mərkəz nümayəndəsinin qatıldığı tədbirin açılış mərasimi Qarabağ Universitetində, Xankəndidə baş tutub.

Dövlət başçısı tədbirdə çıxışı zamanı ölkə və region gündəminə dair mühüm fikirlər səsləndirib, eyni zamanda beynəlxalq siyasətin ən aktual məsələlərinə dair mövqeyini ifadə edib.

Məsələ ilə bağlı 1news.az-a danşan ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib ki, bu, ADA Universitetinin ənənəvi forumu idi.

“Biz hər il bunu edirik. Hətta bəzi illər 2 dəfə keçirilib. Burada regionla təhlükəsizlik, Qarabağ problemi, dünyada baş verən proseslər, energetika məsələləri, nəqliyyat dəhlizləri, Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli əlaqələri, beynəlxalq təşkilatlarda Azərbaycanın rolu kimi məsələlər geniş müzakirə olunur. Busəfərki forum dünyada baş verən dəyişikliklər mövzusunda idi. Burada cənab Prezident çox geniş məsələlərə toxundu. Biz artıq özümüzü həm beynəlxalq arenada, həm də regional çərçivədə çox önəmli bir dövlət kimi görürük. Həm Asiya ilə Avropanı birləşdirən bir ölkəyik, həm Avropanın enerji təhlükəsizliyinə töhfə verən, həm İslam və Türk dünyasını gücləndirən bir ölkəyik. Bütün bu məsələlər də forumda müzakirə olundu. Gələcəkdə də belə məsələlərin müzakirəsi planlaşdırılır”.

Paylaş:
165

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər