Salyanda əməliyyat keçirildi - Narkotik yetişdirməkdə şübhəli bilinən 4 nəfər saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyanda əməliyyat keçirildi - Narkotik yetişdirməkdə şübhəli bilinən 4 nəfər saxlanıldı

Qafar Ağayev09:04 - 01 / 05 / 2025
Salyanda əməliyyat keçirildi - Narkotik yetişdirməkdə şübhəli bilinən 4 nəfər saxlanıldı

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Qismət Salahov saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, həmin şəxsə məxsus istixanaya keçirilən baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 230 ədəd çətənə kolu aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər əməliyyat zamanı Qurban Cəfərov, Anar Zamanov və Şahin Hüseynov da saxlanılıblar. Həmin şəxslərin yaşadıqları ünvanlardan isə ümumilikdə 53 ədəd çətənə kolu və narkotik vasitə marixuana aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş:
96

Son xəbərlər

Bütün xəbərlər