Göyçayda əməliyyat zamanı ölən xəstə ilə bağlı TƏBİB-dən açıqlama

TƏBİB Göyçayda əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqlayıb.
1news.az-ın "Report"a istinadən xəbərinə görə, TƏBİB-dən bildirilib ki, ötən gün saat 09:35 radələrində 1974-cü il təvəllüdlü şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə "iki tərəfli varikosel" diaqnozu ilə əməliyyata qəbul edilib.
Qeyd olunub ki, əməliyyat öncəsi xəstə bütün laborator və instrumental müayinələrdən keçirilib və əməliyyat üçün hər hansı əks göstəriş aşkar edilməyib.
Məlumata görə, əməliyyat zamanı həmin şəxsdə heç bir patoloji hal müşahidə olunmayıb, pasiyentin hemodinamikası stabil olub:
"Lakin dəri tikişlərinə başlanılarkən ani ürək dayanması müşahidə edilib. Zəruri tibbi yardımlar və reanimasiya tədbirlərinə baxmayaraq, xəstədə bioloji ölüm baş verib. Ölüm səbəbi kimi "ağciyər arteriyasının trombemboliyası" diaqnozu ehtimal olunur".
11:11
Göyçay rayonunda 51 yaşlı kişi xəstəxanada əməliyyat zamanı ölüb.
1news.az "Report"a istinadən xəbər verir ki, Ucar rayon sakini, 1974-cü il təvəllüdlü Vidadi İsgəndərov Göyçay Mərkəzi Xəstəxanasında damar əməliyyatı olunub.
Ancaq əməliyyatdan sağ çıxmayıb.
Faktla bağlı araşdırma aparılır.