Zərdabda Birinci Qarabağ müharibəsinin şəhidi Abuzər Abbasovla vida mərasimi keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Abuzər Tənzil oğlu Abbasovun meyitinin qalıqları Zərdab rayonuna gətirilib.
1news.az “Report”a istinadən xəbər verir ki, şəhidin nəşi rayonun Yuxarı Seyidlər kəndində ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi keçirilib.
Qeyd edək ki, Abuzər Tənzil oğlu Abbasov 1972-ci il oktyabrın 8-də Zərdab rayonunun Yuxarı Seyidlər kəndində anadan olub. O, 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.
A.Abbasov Yuxarı Seyidlər kənd qəbiristanlığında dəfn olunacaq.
59