“Baccarat” və “Notes Gastronomy&Bar” dörd ünsürdən ilhamlanmış unikal kokteyl menyusunu təqdim edib - FOTO

14 may tarixində Bakıda fransız bülluru Evi "Baccarat"nın yaradıcı irsini və paytaxtın ən məşhur məkanlarından birinin – "Notes Gastronomy&Bar"ın ab-havasını birləşdirən "Baccarat x Notes Gastronomy&Bar" bağlı tədbiri keçirilib.
Aralarında inlfuenserlər, media nümayəndələri və brend dostlarının da olduğu tədbir qonaqları əfsanəvi "Baccarat" Evinin 260 illiyinə həsr edilmiş yeni əməkdaşlıqla hamıdan əvvəl tanış olublar. Tədbir zamanı unikal kokteyl menyusu təqdim olunub ki, oradakı hər bir içki büllurun yaradılması üçün mütləq olan dörd ünsürdən birinin – torpaq, su, hava və ya odun xüsusiyyətini təcəssüm etdirir.
Od ünsürünü XIX əsrdə Lui-Filipp üçün yaradılmış və ənənələr ilə kral estetikasının rəmzi sayılan əfsanəvi "Harcourt 1841 Coupes" qədəhində təqdim olunan kokteyl əks etdirir. Hava ünsüründən alınmış ilham özünü xətlərin yüngüllüyü və dəqiqliyini vurğulayan xarakterik tin-tin ayaqlı, effektli "Vega Flutissimo Flutes" qədəhində təqdim edilən kokteyldə büruzə verir. Dadın ən incə çalarlarını ortaya çıxarması üçün hazırlanmış, nazik divarlı "Passion Champagne Glasses by Jean-Charles Boisset" qədəhi ilə təqdim edilən kokteyl su ünsürünü təcəssüm etdirib. Kolleksiyanı tamamlayan və torpağı təmsil edən kokteyl güc və dayanıqlılığın rəmzi olan dərin, vertikal hədlərə malik "Harmonie Tumblers" qədəhində təqdim olunub.
Tədbirin məxsusi ab-havasını DJ Maya Azizin musiqili müşayiəti və "Notes Gastronomy&Bar"ın ən yaxşı barmenlərinin effektli şousu tamamlayıb. Məkan "Baccarat" Evinin dekorları, vazaları və kolleksiyalarından müxtəlif əşyaları ilə bəzədilmişdi ki, bu da brendin andan həzz almaq və hər detalda gözəllik görə bilmək qabiliyyətindən ibarət fəlsəfəsini vurğulayırdı. "Baccarat" Evinin nümayəndəsi olan Aleksandrin Reyl-Linyenin xüsusilə tədbirdə iştirak etmək üçün Bakıya təşrif buyurması bu hadisənin daha da böyük əhəmiyyət kəsb etməsinə vəsilə oldu.
Əməkdaşlıq çərçivəsində yaradılmış kokteyl menyusu "Notes Gastronomy&Bar"da 15–31 may tarixlərində eksklüziv olaraq təqdim ediləcəkdir. Məkanın qonaqları "Baccarat" Evinin unikal ustalığına nəinki toxuna, həm də dad, forma və əhvali-ruhiyyənin vahid bir sənət əsərində birləşdiyi, həqiqi ehtiraslı bir macəranı yaşaya biləcəklər. Bu dörd kokteyldən hər biri həmçinin alkoqolsuz interpretasiyada da təqdim edilib.
Azərbaycanda "Baccarat"nı eksklüziv şəkildə təmsil edən rəsmi distribütor "Italdizain" şirkətidir. Brendin çeşidləri ilə "Maison de Luxe" butikində tanış ola bilərsiniz. Butik Bakı, 28 may küçəsi, 5C ünvanında yerləşir.
Telefon: (+994 12) 493 20 59
Mobil nömrə: (+994 51) 201 92 97
"Baccarat" brendi və onun kolleksiyaları barədə daha çox məlumatı https://italdizain.az/ru/brands/baccarat veb-saytında tapa bilərsiniz.
"Italdizain" şirkəti haqqında
"Italdizain" şirkəti "Baccarat" brendinin Azərbaycanda rəsmi distribütorudur. Otuz ildən çoxdur ki, "Italdizain" şirkəti dünyanın aparıcı moda, zərgərlik incəsənəti, saat və interyer dizaynı evlərini Azərbaycanda təmsil edərək müştəriləri üçün beynəlxalq lüks sektorunun ən yaxşı nümunələrinə əlçatanlığı təmin edir.
"Baccarat" brendi haqqında
Əsası 1764-cü ildə kral XV Lüdovikin əmri ilə qoyulan fransız Evi "Baccarat" dekorativ-tətbiqi sənət tarixində ən məşhur manufakturalardan biridir. 260 ildən artıqdır ki, "Baccarat" unikal ustalıq, innovativ yanaşmalar və dəyişməz olaraq, yüksək keyfiyyəti birləşdirən məmulatlar yaradır. "Baccarat" məmulatları zəriflik, prestij və həyatdan zövq almaq sənətini təcəssüm etdirərək bütün dünyada saraylar, muzeylər və şəxsi kolleksiyaların interyerini bəzəyir.
Reklam hüququnda








