Əfv olunan Pakistan vətəndaşı: Humanist qərarına görə İlham Əliyevə təşəkkür edirəm

“Əfv sərəncamına düşdüyümə görə çox sevinirəm”.
1news.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı 6 saylı Cəzaçəkmə Müəssisəsində əfv olunan Pakistan vətəndaşı keçmiş məhkum Əhməd Kaleem jurnalistlərə açıqlamasında deyib.
“Narkotikə görə həbs olunmuşdum. Çox peşmanam. İnşallah bundan sonra yolum həbsxanaya düşməz. Burada mənə hər zaman böyük diqqət göstərilib.Cənab Prezident İlham Əliyevin humanist sərəncamı ilə cəzamın qalan hissəsindən azad olundum. Bu mənim və digər əfv olunan şəxslər üçün ikinci şansdır. Mən Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm” - deyə o, əlavə edib.
Foto:Nadir İbrahimli
196