DSX-a tərəfindən müsadirə olun külli miqdarda narkotik məhv edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

DSX-a tərəfindən müsadirə olun külli miqdarda narkotik məhv edilib - VİDEO

15:59 - 29 / 05 / 2025
DSX-a tərəfindən müsadirə olun külli miqdarda narkotik məhv edilib - VİDEO

Külli miqdarda narkotik vasitə, psixotrop maddə və onların prekursorları məhv edilib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, mayın 29-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilmə prosesi həyata keçirilmişdir.

Tədbir zamanı Dövlət Sərhəd Xidməti tərəfindən 32 məhkəmə hökmü üzrə qanunsuz dövriyyədən çıxarılan 395 kiloqram 423,77 qram müxtəlif xassəli narkotik vasitə, 10825 ədəd və 810 ml narkotik tərkibli Metadon M-40, 4061 ədəd güclü təsiredici maddə məhv edilmə prosesi üçün komissiya üzvlərinə təqdim edilib.

Paylaş:
113

Son xəbərlər

Bütün xəbərlər