İsrail ABŞ-ın atəşkəs təklifini qəbul etdi, HƏMAS-ın cavabı gözlənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

İsrail ABŞ-ın atəşkəs təklifini qəbul etdi, HƏMAS-ın cavabı gözlənilir

Qafar Ağayev09:07 - 30 / 05 / 2025
İsrail ABŞ-ın atəşkəs təklifini qəbul etdi, HƏMAS-ın cavabı gözlənilir

ABŞ Prezidenti Donald Trampın Xüsusi Nümayəndəsi Stiv Vitkof, Qəzza Zolağında 60 günlük atəşkəsin təmin edilməsini nəzərdə tutan müqavilə mətnini HƏMAS və İsrailə təqdim edib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, İsrail Vitkofun təklifini qəbul edib, lakin HƏMAS hələ ABŞ-a müsbət və ya mənfi bir cavab verməyib.

Beynəlxalq medianın sızdırdığı sənədlərə əsasən, müqavilədə atəşkəs və əsir mübadiləsi ilə yanaşı, İsrail əsgərlərinin Qəzzadan tamamilə çəkilməsi və bütün hərbi əməliyyatlarının dayandırılması da nəzərdə tutulur.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər