“Təhsildə Qiymətləndirmə və İnkişaf Forumu” keçiriləcək! | 1news.az | Xəbərlər
Cəmiyyət

“Təhsildə Qiymətləndirmə və İnkişaf Forumu” keçiriləcək!

Qafar Ağayev10:41 - 05 / 06 / 2025
“Təhsildə Qiymətləndirmə və İnkişaf Forumu” keçiriləcək!

Ölkəmizdə 8 iyun 2025-ci il tarixində “Ritz Carlton”da təhsildə qiymətləndirmə sahəsinə dair “Təhsildə Qiymətləndirmə və İnkişaf Forumu” keçiriləcək.

Tədbir Müstəqil Qiymətləndirmə Mərkəzi (MQM) tərəfindən təşkil olunur.

Forumun əsas məqsədi – təhsil müəssisələri və hazırlıq kursları ilə daha sıx əməkdaşlığın qurulması, sınaq imtahanlarında mövcud texnoloji imkanların təqdim olunması və nəticələrin obyektiv şəkildə ölçülməsi üzrə yeni yanaşmaların paylaşılmasıdır.

Tədbir “Təhsildə Birləşən Həllər” devizi altında baş tutacaq və 150-yə yaxın yerli təhsil şirkətini bir araya gətirəcək. Tədbir iştirakçıları MQM-in fəaliyyət sahəsi ilə daha yaxından tanış olacaq, platformanın funksionallığı və üstünlükləri barədə ətraflı məlumat alacaqlar.

Forum çərçivəsində sınaq imtahanlarında müasir yanaşmalar və texnologiyalar,

qiymətləndirmədə obyektivlik və şəffaflıq prinsipləri, təhsil müəssisələri ilə strateji əməkdaşlıq modelləri, nəticələrin təhlili və qərarvermədə istifadəsi, potensial müştərilər üçün sistem təqdimatı və demo sessiyalar kimi mövzular müzakirə olunacaqdır.

Tədbirin formatı beynəlxalq praktikaya uyğun şəkildə təşkil olunacaq və iştirakçılara həm peşəkar bilik, həm də interaktiv təcrübə qazandıracaq.

Davos üslubunda panel və sessiyalar: Müxtəlif sahə ekspertləri ilə açıq müzakirələr və moderatorlu dialoqlar

Keynote çıxışlar: Təhsildə innovasiyalar, texnologiyalar və idarəetmə modelləri üzrə ilhamverici təqdimatlar

Tədbir çərçivəsində tanınmış yazıçı və publisist Aqşin Yenisey “Aydın Baxış” adlı təqdimatla çıxış edəcək. Həmçinin Müstəqil Qiymətləndirmə mərkəzinin icraçı direktoru Ceyhun Ağakişiyev “Sınaqdan İnkişafa” adlı təqdimatla Müstəqil Qiymətləndirmə Mərkəzinin keçdiyi inkişaf yolunu — qurumun formalaşmasından bu günə qədərki fəaliyyətini və gələcək perspektivlərini iştirakçılarla paylaşacaq.

Bundan əlavə, sahə üzrə peşəkar təlimçi Sarvan Aslanov tərəfindən “Təhsil sahəsində idarəetmə və effektiv satış bacarıqları” mövzusunda praktiki yönümlü seminar təşkil olunacaq. Seminar iştirakçılara təhsil sektorunda rəhbərlik və satış strategiyalarına dair dəyərli biliklər qazandırmağı hədəfləyir.

Tədbirin ən mühüm hissələrindən biri isə “Təhsildə qiymətləndirmə və inkişaf” mövzusuna həsr olunmuş panel müzakirəsi olacaq. Panelin moderatoru Turan Cəfərova, spikerlər isə öz sahələrində böyük təcrübəyə malik mütəxəssislər – İlqar Ağakişiyev, Yalçın İsmayılzadə və Elşad Yunusov olacaq. Panel müzakirəsində təhsildə qiymətləndirmənin mövcud vəziyyəti, çətinlikləri və inkişaf imkanları geniş şəkildə analiz ediləcək.

Təhsil sahəsində fəaliyyət göstərən bütün qurumlar üçün mühüm əməkdaşlıq imkanları təqdim edəcək bu forum, həmçinin təhsildə innovasiyaların təşviqi və qiymətləndirmənin gələcəyinə dair yol xəritəsinin müəyyən olunmasına da töhfə verəcək.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər