Bakıda Qurban bayramı münasibətilə bayram namazı qılınıb

İyunun 6-da paytaxtdakı “Əjdərbəy”, Təzəpir və digər məscidlərdə Qurban bayramı ilə əlaqədar bayram namazı qılınıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə din xadimləri və paytaxt sakinləri iştirak ediblər.
Bayram namazında Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.
Ölkənin digər, o cümlədən işğaldan azad olunmuş rayonların məscidlərində də bayram namazı qılınıb.
Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 6-7-də qeyd olunur.
112