Paytaxtda qəza törədib hadisə yerindən qaçan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda qəza törədib hadisə yerindən qaçan şəxs saxlanılıb

Qafar Ağayev13:29 - 16 / 06 / 2025
Paytaxtda qəza törədib hadisə yerindən qaçan şəxs saxlanılıb

Paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada svetoforu sıradan çıxıb, digər nəqliyyat vasitəsinə zərər dəyib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, daha sonra minik avtomobilinin sürücüsü hadisə yerindən yayınmaqla əks istiqamətdə olan yolla hərəkət etməyə çalışıb.

Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücü məsuliyyətə cəlb edilib.

Paylaş:
282

Son xəbərlər

Səhiyyə nazirinə ağır itki

06 / 11 / 2025, 16:13
Bütün xəbərlər