Ötən gün borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılıb

Qafar Ağayev09:59 - 20 / 06 / 2025
Ötən gün borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılıb

İyunun 19-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 98, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Paylaş:
169

Son xəbərlər

Yağış yağacaq - PROQNOZ

10 / 09 / 2025, 12:19
Bütün xəbərlər