Ölən direktor Hökümənin bibisi oğlu imiş - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölən direktor Hökümənin bibisi oğlu imiş - YENİLƏNİB

15:51 - 03 / 07 / 2025
Ölən direktor Hökümənin bibisi oğlu imiş - YENİLƏNİB

Naxçıvanda məktəb direktoru Adim Yusibov faciəvi şəkildə ölüb.

1news.az metbuat.az-a istinadən xəbər verir ki, hadisə Ordubad rayonunun Nürgüt kəndində baş verib. 40 yaşlı müəllim yük avtomobilinin altında qalıb.

2013-cü ildən Nürgüt kəndində yaşayan A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Adim Yusibov ötən il AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin stüardessası, Milli Qəhraman Hökümə Əliyevanın bibisi oğludur. Direktor "Səma Mələyi" kitabının da müəllifidir.

14:28

Naxçıvanda məktəb direktoru faciəvi şəkildə ölüb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Ordubad rayonunun Nürgüt kəndində baş verib.

Bu gün səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonunun Susuzluq kənd sakini, 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalıb. Təcili-tibbi yardım avtomobili ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 2013-cü ildən Nürgüt kəndində yaşayan A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.

Paylaş:
162

Son xəbərlər

Bütün xəbərlər