Paytaxt küçələri yenidən yuyulub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxt küçələri yenidən yuyulub - YENİLƏNİB

18:19 - Bu gün
Paytaxt küçələri yenidən yuyulub - YENİLƏNİB

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə bu gün, iyulun 12-də Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda həyata keçirilən genişmiqyaslı təmizlik işləri çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olmuşdur.

17:38

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, iyulun 12-də paytaxtda təmizliklə bağlı növbəti daxili iməcilik keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, BŞİH-in Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından başlayaraq əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb. Təmizlik işləri zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman yaradılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

Paytaxtın bütün rayonlarını əhatə edən növbəti daxili iməcilik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz töhfəsini verib.

Paylaş:
113

Son xəbərlər

Bütün xəbərlər