Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq

09:14 - Bu gün
Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq

Bu gün Bakının Nəsimi və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz"dan 1news.az-a verilən məlumata görə, Moskva prospektində siyirtmənin quraşdırılması, həmçinin “Bülbülə” qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə 15.07.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Təmir işləri aparılan müddətdə Nəsimi rayonu üzrə Moskva prospektinin və Asif Məhərrəmov küçəsinin, Suraxanı rayonu üzrə isə Bülbülə qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd olunur.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər