Qəbələ rayonunun bir hissəsində qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələ rayonunun bir hissəsində qaz olmayacaq

Qafar Ağayev16:34 - 25 / 07 / 2025
Qəbələ rayonunun bir hissəsində qaz olmayacaq

Qəbələ rayonu Vəndam qəsəbəsinin bir hissəsində qaz təchizatının daxildən dayandırılması planlaşdırılır

"Azəriqaz"dan 1news.az-a verilən məlumata görə, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ xidmət sahəsinin ərazisində Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanında Məsimov Samir Sabir oğluna məxsus torpaq sahəsinin qarşısından keçən d-76 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 28.07.2025-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Vəndam qəsəbəsinin bir hissəsində cəmi 342 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Məlumata görə, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Paylaş:
236

Son xəbərlər

Qaxda kafe yanıb

05 / 09 / 2025, 15:30
Bütün xəbərlər