Paytaxtda Salyan şosesində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda Salyan şosesində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Qafar Ağayev16:10 - 28 / 07 / 2025
Paytaxtda Salyan şosesində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

İyulun 29-da saat 08:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda - Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

1news.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Yol bağlanmır. Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Paylaş:
216

Son xəbərlər

Qaxda kafe yanıb

05 / 09 / 2025, 15:30
Bütün xəbərlər