Xalq artisti Arif Babayevin vəziyyəti açıqlanıb

Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır.
1news.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib.
“Vəziyyətində heç bir yenilik yoxdur, ağır-stabil olaraq qalır. Allahın izni ilə yaxşı olar. Çox çətindir”, - deyə o bildirib.
Qeyd edək ki, bir həftə öncə səhhəti pisləşən A.Babayevin müalicəsi Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.
144