AQTA qarpız və yemiş məhsullarını monitorinq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

AQTA qarpız və yemiş məhsullarını monitorinq edib

Qafar Ağayev16:42 - 01 / 08 / 2025
AQTA qarpız və yemiş məhsullarını monitorinq edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yay aylarında əhalinin geniş şəkildə istehlak etdiyi qarpız və yemiş məhsulları üzrə monitorinqlər keçirib.

Bu barədə 1news.az-a agentlikdən bildirilib.

Məlumata görə, ölkə ərazisində fəaliyyət göstərən satış nöqtələrindən qarpız və yemiş məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Aparılan laborator müayinələr zamanı məhsullarda nitrat və pestisid qalığı səviyyələri yoxlanılıb. Sınaq nəticələrinə əsasən, nümunələrdə uyğunsuzluq aşkar edilməyib.

Qeyd edək ki, son zamanlarda sosial şəbəkələrdə qarpız və yemiş məhsullarında bakteriyaların olduğu barədə məlumatlar yayılıb.

Paylaş:
114

Son xəbərlər

Bütün xəbərlər