Ağcabədidə 14 kiloqram marixuana və həşiş aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə 14 kiloqram marixuana və həşiş aşkarlanıb

Qafar Ağayev12:33 - Bu gün
Ağcabədidə 14 kiloqram marixuana və həşiş aşkarlanıb

Ağcabədidə 10 kiloqrama yaxın marixuana və 4 kilqoramdan artıq həșiş aşkarlanıb.

Bu barədə 1news.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Mərbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı rayon sakinləri Babək Ələkbərov, Samir Qədirov və qardaşı Ceyhun Qədirov qeyd edilən cinayət əməlində şübhəli bilindikləri üçün saxlanılıblar.

Onlardan 10 kiloqrama yaxın marixuana və 4 kilqoramdan artıq həșiş aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib

Paylaş:
46

Son xəbərlər

Bütün xəbərlər