Paytaxtda 10 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda 10 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

Qafar Ağayev11:45 - Bu gün
Paytaxtda 10 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 10 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır.

İdarədən 1news.az-a verilən məlumata görə, paytaxtdakı 313 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi, əsas korpusun əsaslı təmiri, 57, 68, 141, 151 nömrəli məktəblərin sökülərək yenidən inşası, 59 və 324 nömrəli məktəblərin, 328 nömrəli uşaq bağçasının, Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçasının, həmçinin “Şahin Abbasov” adına körpələr evi-uşaq bağçasının əsaslı təmiri davam edir.

Eyni zamanda ehtiyac olan 100-ə yaxın təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanda infrastrukturun inkişafına və təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət siyasəti nəticəsində təhsil müəssisələrinin mütləq əksəriyyəti müasir tələblər səviyyəsində yenidən qurulub.

Paytaxtdakı təhsil müəssisələrində aparılan tikinti və təmir-bərpa işlərinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər