Nazir müəllimlə bağlı paylaşıma şərh yazdı, səhvini düzəltdi - FOTO
Elm və təhsil naziri Emin Əmrullayevin sosial şəbəkə paylaşımlarına aktiv şəkildə rəy yazması diqqət çəkib.
1news.az xəbər verir ki, “Azərbaycan universitetləri” səhifəsində Qarabağ Universitetinin müəllimi Arzu Şükürovanın Xankəndiyə gedib-gəlməsi ilə bağlı paylaşıma o, müəllimlərə təşəkkür edərək belə yazıb:
“Azərbaycanın fədakar müəllimlərinə nə qədər minnətdar olsaq, azdır. Əminəm ki, əməyiniz gec-tez nəticə verəcək”.
Bir istifadəçi uzun yolun təhlükəli olduğunu bildirib. Nazir isə bunun müəllimin şəxsi seçimi olduğunu, Xankəndidə artıq 400-ə yaxın müəllimin evlə təmin edildiyini qeyd edərək, istifadəçinin necə belə nəticəyə gəldiyini soruşub.
Durğu işarəsi ilə bağlı irada da Əmrullayev təşəkkür edib və səhvini düzəldib.
Nazirin bu davranışı sosial şəbəkədə müsbət qarşılanıb.















