Şam ağacı bəzəməyə nə qədər pul xərcləməliyik? - Araşdırma və qiymətlər - VİDEOREPORTAJ
Günümüzdə Yeni İl bayramını parlayan şam ağacı olmadan təsəvvür etmək çətindir.
Məhz o, evə istilik, rahatlıq və sehrli bir atmosfer gətirir, şəhər küçələrini isə yaxınlaşan möcüzə hissi ilə doldurur. Dekabr ayında hər evdə yaşıl budaqlar üzərində işıqlar yanır, həyətlərdə və meydanlarda isə işıq saçan bayram ağaclarını görmək olur.
Şam ağacının bəzədilməsi çoxdan sadəcə bayrama hazırlıq olmaqdan çıxaraq, hər bir ailənin qoruyub saxladığı və nəsildən-nəslə ötürdüyü, ona öz sevimli və xüsusi elementlərini əlavə etdiyi bir gözəl ənənəyə çevrilib.
Əlbəttə ki, yaşıl gözəl ağac daim toplarla, rəngli işıqlarla, parlaq oyuncaqlarla və gələcək ili simvolizə edən fiqurlarla bəzədilir. Şam ağacının altında isə, həmişəki kimi, hər kəsə tanış personajlar - Şaxta baba və Qar qız, balaca elflər və dəcəl cırtdanlar öz yerini tutur ki, bu da evə əsl qış nağılı ab-havası gətirir.
Şam ağacının bayrama hazırlanması və bu unudulmaz sehrli atmosferin yaradılması dövründə çoxlarını bir sual maraqlandırır: onu bəzəmək üçün təxminən nə qədər büdcə lazım olacaq?
Məhz bu məqsədlə 1news.az bazar qiymətlərini araşdırıb.
Yeni İl ağacının bəzədilməsi üçün qiymətlər:
|
Məhsul |
Qiymət Aralığı (AZN) |
Qeyd |
|
Şam ağacı |
10 AZN – 1000 AZN |
Ölçüsündən asılı olaraq |
|
Parlaq ulduzlar |
5 AZN – 25 AZN |
|
|
Dekorativ sadə qutular |
1 AZN – 6 AZN |
|
|
Dekorativ parlaq qutular |
25 AZN – 40 AZN |
|
|
Rəngli işıqlar |
30 AZN (50 m) – 50 AZN (100 m) |
|
|
Oyuncaqlar |
5 AZN – 35 AZN (paket) |
|
|
Bantlar |
1 AZN – 120 AZN |
Ölçüsündən asılı olaraq |
|
Şaç ağacı altlığı |
15 AZN – 40 AZN |
|
|
Bəzək üçün quşüzümü |
3,50 AZN – 6 AZN |
|
|
Şaxta baba |
40 AZN (110 sm) – 70 AZN (210 sm) |
|
|
Qar adamı |
5 AZN – 50 AZN |
|
|
Cırtdan |
5 AZN – 50 AZN |
|
|
Elf |
5 AZN – 50 AZN |
|
|
Lampalar |
20 AZN – 40 AZN |
|
|
Parlaq marallar |
25 AZN – 60 AZN |
|
|
Xalça |
15 AZN – 50 AZN |
Beləliklə, hesablamalarımıza görə, Şam aöacının tam bəzədilməsi üçün orta hesabla 150 manatdan 500 manata qədər büdcə lazım olacaq.
Faiqə Məmmədova
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)







