Abşeronda yanğın törədən şəxs müəyyən edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda yanğın törədən şəxs müəyyən edilib

Qafar Ağayev10:42 - 20 / 08 / 2025
Abşeronda yanğın törədən şəxs müəyyən edilib

Avqustun 19-da Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a bildirilib ki, araşdırmalarla yanğının 1992-ci il təvəllüdlü Loğman Köçərli tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.

Hadisə nəticəsində quru ot və kol-kos yanıb.

Əməli törədən L.Köçərli saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Paylaş:
285

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər