İmişlidə yararsız və qadağan olunmuş pestisidlər xüsusi poliqona daşınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İmişlidə yararsız və qadağan olunmuş pestisidlər xüsusi poliqona daşınıb

Qafar Ağayev16:08 - Bu gün
İmişlidə yararsız və qadağan olunmuş pestisidlər xüsusi poliqona daşınıb

İmişli rayonu ərazisində 450 tona qədər istifadəyə yararsız pestisid və çirklənmiş torpaq qatının daşınmasını həyata keçirib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, beynəlxalq təhlükəsizlik tələblərinə uyğun şəkildə qablaşdırılan yüklər zərərsizləşdirilməsi üçün xüsusi nəqliyyat vasitəsilə “Cəngi pestisid poliqonu”na yola salınıb.

Növbəti mərhələdə pestisidlərin xüsusi lisenziyaya malik müəssisələrdə yandırılaraq tam zərərsizləşdirilməsi planlaşdırılır. Eyni zamanda təmizlənmiş ərazilərdə çirklənməyə məruz qalmış torpaqların bərpası məqsədilə bioremediasiya üsullarından istifadə ediləcək və bu proses müvafiq dövlət qurumları ilə birgə həyata keçiriləcək.
Xatırladaq ki, bir neçə gün öncə Füzuli və Samux rayonu ərazilərində də istifadəyə yararsız pestisid və çirklənmiş torpaq qatının daşınması həyata keçirilib. Ötən il isə eyni proses müvafiq olaraq Beyləqan və Ağstafa rayonlarında da icra olunub.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər