Sabunçuda süni gölməçədə uşaq batıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda süni gölməçədə uşaq batıb

Qafar Ağayev17:54 - 26 / 08 / 2025
Sabunçuda süni gölməçədə uşaq batıb

Sabunçu rayonunda süni gölməçədə uşaq batıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata gorə, "112" qaynar telefon xəttinə rayonda süni sututarında 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində, batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
347

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər