Masazırda fərdi yaşayış evi yandı, ölənlər var | 1news.az | Xəbərlər
Cəmiyyət

Masazırda fərdi yaşayış evi yandı, ölənlər var

Qafar Ağayev09:22 - Bu gün
Masazırda fərdi yaşayış evi yandı, ölənlər var

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmət məlumat yayıb.

Bildirilib ki, ikinci evin 1-ci və 2-ci mərtəbələri və digər bitişik evlər yanğından mühafizə edilib.

Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər