Dövlət Xidməti: Ötən ay 30 milyondan çox zərərli keçid qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Xidməti: Ötən ay 30 milyondan çox zərərli keçid qeydə alınıb

Qafar Ağayev17:09 - Bu gün
Dövlət Xidməti: Ötən ay 30 milyondan çox zərərli keçid qeydə alınıb

Cari ilin avqust ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan monitorinq və analizlər nəticəsində 39 kiberhücum indikatoru müəyyən edilib.

XRİTDX-dən 1news.az-a verilən məlumata görə, sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT (“Advanced Persistent Threat”) kiberhücumların qarşısı alınıb.

Məlumata görə, avqust ayı ərzində XRİTDX tərəfindən görülmüş tədbirlər nəticəsində “AzStateNet” şəbəkəsi üzrə 31,759,074 zərərli keçid, "Sandbox" mühafizə sistemi vasitəsilə 8,408 zərərverici tərkibli elektron sənəd, həmçinin dövlət qurumlarının son istifadəçilərinin qoşulduğu mərkəzləşdirilmiş təhlükəsizlik həlli üzrə 2,850,500 zərərli fəaliyyət bloklanıb.

Bununla yanaşı kiberkəşfiyyat imkanlarından istifadə etməklə avqust ayı ərzində dövlət qurumlarının domenlərinə bənzədilmiş 2 saxta domen aşkarlanaraq bloklanması həyata keçirilib.

XRİTDX informasiya təhlükəsizliyi sahəsində davamlı və qabaqlayıcı tədbirlər həyata keçirməklə dövlət qurumlarının rəqəmsal mühitdə fasiləsiz və təhlükəsiz fəaliyyətini etibarlı şəkildə təmin etmək istiqamətində işləri davam etdirir.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər