Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirildi - FƏRMAN | 1news.az | Xəbərlər
Rəsmi

Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirildi - FƏRMAN

Qafar Ağayev15:34 - Bu gün
Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirildi - FƏRMAN

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının adının dəyişdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

1news.az xəbər verir ki, fərmana əsasən, Sumqayıt Kimya Sənaye Parkı Sumqayıt Sənaye Parkı adlandırılacaq.

Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidirlər.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər