Şirvanda 3 kq narkotiki şüşə qablarda gizlədən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda 3 kq narkotiki şüşə qablarda gizlədən şəxs saxlanılıb

Qafar Ağayev12:38 - 11 / 09 / 2025
Şirvanda 3 kq narkotiki şüşə qablarda gizlədən şəxs saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat zamanı Daşqın Əhmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, ondan 44 ədəd şüşə qabda qablaşdırılmış 3 kiloqrama yaxın olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Paylaş:
197

Son xəbərlər

Bütün xəbərlər