Əli Nağıyev: Bu, Azərbaycanın İtkin düşmüş şəxslər məsələsinjn həllinə önəm verdiyini bir daha təsdiq edir | 1news.az | Xəbərlər
Siyasət

Əli Nağıyev: Bu, Azərbaycanın İtkin düşmüş şəxslər məsələsinjn həllinə önəm verdiyini bir daha təsdiq edir

Qafar Ağayev10:17 - Bu gün
Əli Nağıyev: Bu, Azərbaycanın İtkin düşmüş şəxslər məsələsinjn həllinə önəm verdiyini bir daha təsdiq edir

“Təsadüfi deyil ki, 2025-ci ilin avqust ayının 8-də Vaşinqton şəhərində paraflanmış “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” Saziş layihəsinin 9-cu maddəsi məhz möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə itkin düşmüş şəxslərin taleyinin müəyyən olunmasına həsr edilmişdir”.

1news.az xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev çıxışında deyib .

Ə.Nağıyev bildirib ki, layihəyə əsasən, tərəflər hərbi münaqişədə baş vermiş itkin düşmə və məcburi yoxaçıxma hallarının həlli üçün birbaşa və ya aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görəcəklər.

“İtkin düşmüş şəxslər məsələsinin Sülh Sazişi layihəsində ayrıca maddə ilə təsbit olunması Azərbaycanın bu məsələnin həllinə önəm verdiyini bir daha təsdiq edir”.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər